Məzmuna keç
19°BakıUSD1.7000 ₼EUR1.9023 ₼100 RUB2.0943 ₼TRY0.0340 ₼Bizimlə əlaqə
SON DƏQİQƏ

Redaksiya Prinsipləri

Redaksiya Prinsipləri və Peşə Standartları

REAL XƏBƏR (www.realxeber.net) redaksiya fəaliyyətində dəqiqlik, obyektivlik, etibarlılıq, peşəkarlıq və ictimai məsuliyyət prinsiplərini əsas götürür.

Media cəmiyyətin informasiya əldə etmək hüququnun təmin olunmasında mühüm rol oynayır. Bu məsuliyyəti nəzərə alan REAL XƏBƏR xəbərlərin hazırlanması və yayımlanması zamanı faktların düzgünlüyünə, mənbələrin etibarlılığına, müxtəlif mövqelərin balanslı təqdimatına və jurnalistikanın etik normalarına xüsusi əhəmiyyət verir.

Aşağıdakı prinsiplər REAL XƏBƏR-in redaksiya siyasətini, jurnalistlərin peşə davranışını və portalda yayımlanan məzmunlara münasibətdə tətbiq edilən əsas standartları müəyyən edir.

1. Obyektivlik və dəqiqlik

1.1. REAL XƏBƏR yayımladığı məlumatların dəqiq, yoxlanılmış və etibarlı mənbələrə əsaslanmasına üstünlük verir.

1.2. Təsdiqlənməmiş məlumat fakt kimi təqdim edilmir. Xəbər hazırlanarkən fakt, ehtimal, rəy və şərh bir-birindən aydın şəkildə fərqləndirilir.

1.3. Hadisə və proseslərin işıqlandırılmasında qərəzsizliyə, obyektivliyə və balanslı yanaşmaya riayət edilir.

2. İctimai maraq və informasiya hüququ

2.1. REAL XƏBƏR-in əsas məqsədlərindən biri cəmiyyətin etibarlı və aktual informasiya əldə etmək ehtiyacının təmin edilməsinə xidmət göstərməkdir.

2.2. İctimai əhəmiyyət daşıyan məsələlərin işıqlandırılmasında şəffaflıq, məsuliyyət, ədalətlilik və informasiya əldə etmək azadlığı əsas meyarlar sırasında qəbul edilir.

3. Mənbələrin etibarlılığı

3.1. Materialların hazırlanması zamanı etibarlı və mümkün olduqda ilkin informasiya mənbələrinə üstünlük verilir.

3.2. İctimai əhəmiyyət daşıyan mühüm faktların imkan daxilində əlavə və müstəqil mənbələr vasitəsilə yoxlanılmasına çalışılır.

3.3. Mənbənin açıqlanması mümkün və məqsədəuyğun olduqda onun kimliyi göstərilir. Məxfi mənbələrin qorunmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınır.

4. Fakt, rəy və şərhin ayrılması

4.1. Xəbər, analitik material, müəllif yazısı, müsahibə və şərh auditoriyaya mahiyyətinə uyğun şəkildə təqdim edilir.

4.2. Jurnalistin və ya müəllifin şəxsi mövqeyi fakt kimi təqdim olunmur. Müsahibə və açıqlamalarda şəxslərin fikirlərinin mahiyyətinin təhrif edilməsinə və kontekstdən çıxarılmasına yol verilmir.

4.3. Kənar müəlliflərin mövqeyini əks etdirən materiallarda zərurət yarandıqda aşağıdakı qeyd yerləşdirilə bilər:

Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

5. İnsan hüquqları və şəxsi həyat

5.1. REAL XƏBƏR insan hüquq və azadlıqlarına, şəxsin şərəf və ləyaqətinə, şəxsi və ailə həyatının toxunulmazlığına hörmətlə yanaşır.

5.2. Şəxsi məlumatların əldə edilməsi, işlənilməsi və yayımlanması zamanı qanunvericiliyin tələbləri nəzərə alınır.

5.3. Hadisənin mahiyyəti və ictimai əhəmiyyəti ilə birbaşa əlaqəsi olmayan şəxsi məlumatların əsassız şəkildə yayılmasından çəkinilir.

6. Ayrı-seçkilik və nifrət nitqinin yolverilməzliyi

6.1. Milli, etnik, irqi, dini, cinsi və digər əlamətlərə görə ayrı-seçkiliyi, düşmənçiliyi və nifrət nitqini təşviq edən məzmuna yol verilmir.

6.2. Terrorçuluğun, zorakılığın, qəddarlığın və ictimai təhlükəli davranışların təbliği və təşviqinə yol verilmir.

7. Uşaqların və həssas qrupların müdafiəsi

7.1. Uşaqlarla bağlı materialların hazırlanması zamanı onların hüquqları, təhlükəsizliyi və mənafeyi xüsusi diqqətdə saxlanılır.

7.2. Uşaqlarla bağlı məlumatların yayımlanmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınır.

7.3. Uşaqlara qarşı cinsi xarakterli cinayətlərin qurbanlarının kimliyinin müəyyənləşdirilməsinə imkan verə biləcək məlumatlar yayımlanmır.

7.4. Zorakılıq və qəddarlıq əks etdirən materialların yayımlanması zamanı onların ictimai əhəmiyyəti və auditoriyaya mümkün psixoloji təsiri nəzərə alınır.

8. Cinayət və məhkəmə xəbərləri

8.1. Cinayət hadisələri və məhkəmə prosesləri barədə məlumatların hazırlanmasında *təqsirsizlik prezumpsiyası* prinsipinə riayət edilir.

8.2. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs təqsiri hüquqi qaydada sübuta yetirilmiş şəxs kimi təqdim edilmir.

8.3. Məhkəmə proseslərinin işıqlandırılmasında faktların, rəsmi məlumatların və tərəflərin mövqelərinin düzgün təqdim edilməsinə diqqət yetirilir.

9. İntihar hallarının işıqlandırılması

9.1. İntihar və intihara cəhd halları barədə materiallar xüsusi həssaslıq və məsuliyyətlə hazırlanır.

9.2. Belə materiallarda intiharı romantikləşdirən, qəhrəmanlaşdıran və ya təqlid riskini artıra biləcək lazımsız detallardan istifadə edilmir.

10. Reklam və sponsorlu məzmun

10.1. Reklam, sponsorlu və digər kommersiya xarakterli materiallar redaksiya məzmunundan fərqləndirilir.

10.2. Ödənişli və sponsorlu məzmun auditoriyanı yanıltmayacaq formada müvafiq qaydada təqdim edilir.

10.3. Reklam və kommersiya münasibətlərinin redaksiyanın peşəkar qərarlarına qanunsuz və ya əsassız təsir göstərməsinə yol verilmir.

11. Müəllif hüquqları

11.1. REAL XƏBƏR mətn, foto, video, audio, qrafik və digər materiallardan istifadə zamanı müəlliflik və əlaqəli hüquqlara riayət edir.

11.2. Digər mənbəyə və ya müəllifə məxsus material REAL XƏBƏR-in öz istehsalı kimi təqdim edilmir.

11.3. Digər informasiya resurslarından istifadə edildikdə müvafiq mənbənin göstərilməsinə diqqət yetirilir.

12. Plagiata qarşı mövqe

12.1. REAL XƏBƏR jurnalistikada etimad və müəllif hüquqlarının qorunmasını vacib peşə prinsipi hesab edir.

12.2. Başqa müəllifə məxsus yazının, fikrin və ya yaradıcı məhsulun mənimsənilməsi və mənbə göstərilmədən yayımlanması redaksiyanın peşə standartlarına ziddir.

12.3. Materialın hazırlanmasında istifadə olunan əsas informasiya mənbələri mümkün olduğu hallarda göstərilir.

13. Səhvlər, düzəliş və təkzib

13.1. REAL XƏBƏR yayımladığı məlumatların düzgünlüyünə məsuliyyətlə yanaşır.

13.2. Materialda faktiki səhv müəyyən edildikdə onun mümkün qədər operativ şəkildə aradan qaldırılmasına çalışılır.

13.3. Əhəmiyyətli düzəlişlər zamanı zəruri hallarda ilkin və düzəldilmiş məlumat arasındakı fərq auditoriyaya aydın şəkildə təqdim edilir.

13.4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda təkzib və cavab hüququ təmin edilir.

14. Dil və jurnalistika mədəniyyəti

14.1. REAL XƏBƏR Azərbaycan Respublikasının dövlət dilinin ədəbi və qrammatik normalarına riayət olunmasına xüsusi əhəmiyyət verir.

14.2. Redaksiya materiallarında əsassız təhqiramiz, alçaldıcı, vulqar və kobud ifadələrdən istifadə edilmir.

14.3. Xəbər dili aydın, anlaşıqlı, peşəkar və mümkün qədər dəqiq olmalıdır.

15. Milli və mənəvi dəyərlər

15.1. REAL XƏBƏR Azərbaycan Respublikasının dövlətçiliyinə, dövlət rəmzlərinə, milli və mənəvi dəyərlərə hörmətlə yanaşır.

15.2. Redaksiya