Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib.
Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov bildirib ki, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi üzrə xidmət haqqı tariflərinin yuxarı həddi müvafiq olaraq iki və 1.5 dəfə azaldılıb.
Banklararası Kart Mərkəzində emal olunan əməliyyatlar üzrə də xidmət haqları müəyyən edilib. Bu tariflər Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin iştirakçılarına, o cümlədən banklara, operatorlara və digər qurumlara şamil olunur. Müvafiq tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Yeni xidmət haqlarının vətəndaşlara kartdan-kartda ödənişlərdə təsir edib-etməyəcəyi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, dəyişikliklər birbaşa qurumla banklar və digər maliyyə təşkilatları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.
Bəs yeni tariflər bankların daxili komissiya siyasətinə və vətəndaşların kartdan-karta pul köçürmələri üzrə xərclərinə necə təsir göstərəcək? Banklar əlavə xərcləri öz vəsaitləri hesabına qarşılayacaqlar, yoxsa komissiya tariflərində də dəyişikliklər gözlənilir?
Oxu.Az “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.
Vahid tarif cədvəli yaradılır





